Martın 30-da “Nizami” Kino Mərkəzində “Yaddaş” sənədli filmlər studiyasında istehsal edilmiş “Yaddaşın rəmzi. Quba-1918” filminin təqdimatı keçiriləcək. Arxiv sənədlərinə əsaslanan film 1918-ci ildə ermənilərin azərbaycanlılara qarşı törətdikləri vəhşilikləri əks etdirir. Ekran əsərinin rejissoru və operatoru Ələkbər Muradov, ssenari müəllifi Mahir Qəribovdur.