Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu ilə Ukraynanın ölkəmizdəki səfirliyi arasında əməkdaşlıq memorandumu imzalanıb.
Bilik Fondunun icraçı direktoru Oqtay Səmədov və səfir Aleksandr Mişenko tərəfindən imzalanan sənəddə iki xalqın tarixi və mədəniyyəti, sosial və iqtisadi həyatı barədə informasiya mübadiləsinin həyata keçirilməsi, ali məktəblərlə əməkdaşlıq, beynəlxalq konfransların, milli bayramlara və əlamətdar tarixi günlərə həsr edilən tədbirlərin təşkili, səfirlikdə gənc jurnalistlər üçün “açıq qapı” gününün keçirilməsi və s. məsələlər əksini tapıb.