Prezident İlham Əliyev fevralın 2-də Mingəçevir Dövlət Dram Teatrının 50 illiyi haqqında sərəncam imzalayıb. Sərəncamda qeyd edilir ki, 2018-ci ilin mart ayında Mingəçevir Dövlət Dram Teatrının 50 illiyi tamam olur. Teatr yarandığı vaxtdan etibarən repertuarında Azərbaycan və eləcə də dünya dramaturgiyasının diqqətəlayiq nümunələrinə geniş yer verib, tamaşaçılar tərəfindən rəğbətlə qarşılanan əsərlər ilə ölkədə teatr ənənələrinin daha da zənginləşdirilməsi işində yaxından iştirak edib, milli mədəniyyətin ümumi tərəqqisi naminə xidmətlər göstərib.
Sərəncamda Mədəniyyət və Turizm Nazirliyinə Mingəçevir Dövlət Dram Teatrının 50 illik yubileyinə həsr olunmuş tədbirlər planını hazırlayıb həyata keçirmək tapşırılıb.