Prezident İlham Əliyevin 2 fevral tarixli sərəncamı ilə Azərbaycanda jurnalistika və nəşriyyat işi sahəsində uzunmüddətli səmərəli fəaliyyətinə görə Əlövsət İbrahim oğlu Ağalarova “Əməkdar jurnalist” fəxri adı verilib.
Dövlət başçısının daha bir sərəncamı ilə Azərbaycanda nəşriyyat işi sahəsində uzunmüddətli səmərəli fəaliyyətlərinə görə Azərbaycan Dövlət Nəşriyyatı - “Azərnəşr”in iki əməkdaşı “Tərəqqi” medalı ilə təltif edilib.