Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin “SABAH” qrupunda aktyor sənəti ixtisası üzrə təhsil alan tələbələrinin Gilyermo Fiqeyredonun “Ezop” əsəri əsasında hazırladıqları tamaşa nümayiş olunub.
Tələbələr Əməkdar artist, rejissor Nofəl Vəliyevin rəhbərliyi ilə bu dəfə də uğurlu iş ərsəyə gətiriblər. Tamaşanın quruluşçu rejissoru Xalq artisti Cənnət Səlimova, “SABAH” mərkəzinin rəhbəri isə Böyükxanım Məmmədbəyovadır.
Səhnə əsərində Hilal Dəmirov, Sevgin Rzayeva, Corc Qafarov, Könül Ələkbərova, Orxan İsgəndərli, Məhəmməd Musayev rol alıb. Tamaşanın musiqisi Cahangir Zülfüqarova aiddir.
Qeyd edək ki, tamaşa fevralın 12-də Beynəlxalq Muğam Mərkəzində bir daha nümayiş olunacaq.