Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycan Dövlət Rəsm Qalereyasının təşkilatçılığı ilə gənc rəssam və sənətşünasların Gənclər günü münasibətilə görüşü keçirilib. “Gənclər günündə öz fikirlərinizi bizimlə bölüşün” adlı tədbirdə nazirliyin İncəsənət şöbəsinin sektor müdiri Qalib Qasımov çıxış edərək yaradıcı gənclərin fəaliyyəti, təsviri sənət sahəsində istedadlı gənclərə göstərilən diqqət, həyata keçirilən layihələr barədə söz açıb.
Görüş gənclər arasında yeni ideyalar, layihələr və inkişafla bağlı təkliflərin müzakirə edilməsi və gənc rəssamların qarşılaşdığı problemlər və onların aradan qaldırılması üçün atıla biləcək addımların dəyərləndirilməsi məqsədilə keçirilib.