Balaca şəhid Fariz Bədəlovun xatirəsinə həsr edilmiş film
   
   Dünən “Nizami” Kino Mərkəzində ötən il martın 8-də Ağdam rayonunda erməni silahlı qüvvələri tərəfindən qətlə yetirilmiş 9 yaşlı Fariz Bədəlovun xatirəsinə həsr edilmiş “Ana haqqı” filminin təqdimatı olub. Film Respublika Uşaq Təşkilatının təşəbbüsü ilə ANS televiziyası tərəfindən çəkilib.
   Filmin ideya müəllifi Respublika Uşaq Təşkilatının rəhbəri, millət vəkili Gülər Əhmədova, müəllifi, rejissoru və ssenari müəllifi Zəminə Əliyevadır. Film Dağlıq Qarabağ münaqişəsi zamanı və atəşkəs dövründə cəbhə xətti bölgələrində ermənilər tərəfindən öldürülən uşaqlardan bəhs edir.
   Təqdimat mərasimində millət vəkilləri, ictimai-siyasi xadimlər və qətlə yetirilən Farizin ailə üzvləri iştirak edib. Millət vəkili Bəxtiyar Sadıqov bildirib ki, uşaqların erməni işğalçı ordusunun snayperləri tərəfindən qətlə yetirilməsi azərbaycanlılara qarşı etnik təmizləmənin Ermənistanın dövlət siyasəti olduğunu sübuta yetirir.
   Qeyd edək ki, “Ana haqqı” filmi rus və ingilis dillərinə də tərcümə olunub. Filmin xarici ölkələrdə nümayişi təşkil ediləcək.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar