Bu il görkəmli müğənni Müslüm Maqomayevin 70 illik yubileyi qeyd olunacaq. Müğənni haqqında çəkilən filmlər arasında “Oxuyur Müslüm Maqomayev” filminin xüsusi yeri var. Film 1972-ci ildə “Azərbaycanfilm” kinostudiyasında rejissor Tofiq İsmayılov tərəfindən çəkilib. Bu yaxınlarda Dövlət Film Fondunda film bərpa edilib.
   Aprelin 24-də “Nizami” Kino Mərkəzində filmin ekranlara çıxmasının 40 illiyinə həsr olunmuş musiqili-bədii gecə keçiriləcək. Tədbirdə sənət adamlarının xatirələri səslənəcək, fotosərgi nümayiş olunacaq. Sonda “Oxuyur Müslüm Maqomayev” filmi nümayiş olunacaq.