Aprelin 23-də Bakıda fəaliyyət göstərən Misir Mədəniyyət Mərkəzində bu ölkənin filmlərinin nümayişi keçiriləcək. Bu barədə məlumat verən mərkəzin direktoru Mustafa Abu Zeyd bildirib ki, Misir kinosu günündə məşhur rejissor Yusif Şahinin çəkdiyi “Torpaq” (əsas rolları Mahmud Əl Məlik və İzzət Əleyli oynayırlar) və rejissor Vail Ehsanın lentə aldığı “Ramazan Məbruk Əbu Ələmin Hamudi” filmləri (əsas rolun ifaçısı Məhəmməd Hilidi) nümayiş etdiriləcək. Birinci dramatik, ikincisi isə komediya filmidir.
   “Misir kino sənətinin 100 ildən çox yaşı var və onun nümunələri dost Azərbaycan tamaşaçısına yaxşı tanışdır. Onu da deyim ki, iyun ayında Bakıda Misir Ərəb Respublikasının mədəniyyət günlərinin keçirilməsinə hazırlıq görülür. Güman edirəm ki, bu da dostlarımızın ürəyincə olacaq, əlaqələrimizin daha da genişlənib inkişaf etməsinə öz töhfələrini verəcək”, - deyə o bildirib.

   İ.Əsədova
   







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar