Qısametrajlı filmin Sloveniya və İtaliya çəkilişləri yekunlaşıb
   
   Xəbər verdiyimiz kimi, Mədəniyyət və Turizm Nazirliyinin «Salnamə» kinostudiyasında II Dünya müharibəsində azərbaycanlı partizanların igidliyindən bəhs edən və şərti adı «Biz dost idik» olan qısametrajlı film çəkilir. Filmin rejissoru Tahir Əliyev Sloveniya və İtaliyada aparılan çəkilişlərin yekunlaşdığını bildirib. Çəkilişlərin qalan hissəsi Bakıda aparılacaq. Azərbaycanlı partizanlar Mehdi Hüseynzadə və Cavad Həkimlinin üç cəbhə yoldaşı 9 May - Qələbə Günü ilə bağlı Bakıya gələcək. Onlar Bakını gəzəcək, C.Həkimlinin məzarını, M.Hüseynzadənin abidəsini ziyarət edəcəklər. Bakıda yaşayan veteranlarla onların görüşü təşkil olunacaq. Bütün bunlar filmdə öz əksini tapacaq. Ekran işinin təqdimatı isə iyun ayına planlaşdırılıb.
   Qeyd edək ki, filmdə keçmiş Yuqoslaviyanın partizan dəstəsinin 9-cu korpusunda vuruşan 100-ə yaxın azərbaycanlının həyat hekayəsi əks olunacaq. Filmin yaranma ideyası isə bu mövzuda çəkilmiş «Təxəllüsü Mixaylo» filminin Sloveniyada təqdimatı zaman yaranıb. Ekran əsərinin ssenari müəllifləri T.Əliyev və Sloveniyada yaşayan tarixçi, 9-cu korpusun fəaliyyətinə bələd olan Aleksandr Malniçdir. Film üçün tələb olunan materiallar Moskva və Sloveniya arxivlərindən əldə olunub.
   
   Gülər






Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar