Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının aktyoru, Kalmıkiya Respublikasının (RF) Əməkdar artisti İlham Əsədov Elista şəhərində keçirilən “Dram artistləri oxuyur” adlı yeni teatr layihəsində iştirak edir. Layihə Kalmıkiya Respublikasının Mədəniyyət Nazirliyi və Kalmık Milli Dram Teatrı tərəfindən həyata keçirilir.
“Çaqan Sar” kalmık milli bayramı münasibətilə təşkil edilən konsert proqramında aktyorun ifasında kalmık və Azərbaycan dilində mahnılar səslənəcək.
Aktyor 2016-cı il martın 8-də Elista şəhərində Beynəlxalq qadınlar gününə həsr olunmuş konsert proqramı ilə çıxış edib. Kalmıkiya Mədəniyyət Nazirliyinin fəxri fərmanı və təşəkkürnamə ilə təltif olunub.