Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi «Bu meydan, bu ekran - 2012» kino layihələri müsabiqəsini elan edir.
   
   - Müsabiqə Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi tərəfindən “Azərbaycan kinosunun 2008-2018-ci illər üzrə inkişafına dair Dövlət Proqramı”nın icrasını təmin etmək, kinematoqrafiya sahəsində gənclərin yaradıcılıq fəaliyyətini stimullaşdırmaq, Vətənə məhəbbət və ümumbəşəri dəyərləri təbliğ edən gənc müəllifləri aşkar edib onlara dəstək vermək, həmçinin kinoda rəqabət tendensiyalarını gücləndirmək məqsədilə keçirilir.
   - Müsabiqədə film istehsalı ilə məşğul olan dövlət və müstəqil studiyalar, şirkətlər, eləcə də ayrı-ayrı gənc kinematoqrafçılar fərdi qaydada iştirak edə bilər.
   - Müsabiqədə kino layihəsinin rejissoru 35 yaşa qədər kinematoqrafçı olmalıdır.
   - Müsabiqəyə təqdim olunan sənədlər eyni deviz altında olan iki bağlı zərfdə 2012-ci il aprelin 30-dək Mədəniyyət və Turizm Nazirliyinə təqdim olunur. Ünvan: AZ1000, Bakı şəhəri, Hökumət evi, 3-cü mərtəbə, 331-ci otaq.
   
   Birinci zərfdəki sənədlər paketinə aşağıdakılar daxildir:
   
   - çəkilişi rəqəmli daşıyıcıda nəzərdə tutulan, istənilən növ, janr, format, uzunluqda olan filmin ədəbi ssenarisi;
   - filmin ssenari müəllifi, rejissoru və prodüserinin gələcək film haqqında 1 səhifəlik şərhləri;
   - layihənin təxmini, lakin 30 min manatdan çox olmayan smeta dəyəri;
   - filmin istehsal müddəti haqqında məlumat.
   
   Üzərində eyni devizin qeyd edildiyi ikinci bağlı zərfin içində müsabiqə iştirakçısı olan studiyanın, şirkətin adı, dövlət qeydiyyatı haqqında şəhadətnamənin surəti, poçt və bank rekvizitləri, həmçinin rejissorun, ssenari müəllifinin, prodüserin adları və əlaqə telefonları qeyd olunur.
   Fərdi qaydada müsabiqəyə sənəd təqdim edən müəllif adını, şəxsiyyət vəsiqəsinin surətini, ünvan və əlaqə telefonlarını qeyd edir.
   Sənədlər paketi tam olmadığı halda layihəyə baxılmır.
   - Münsiflər heyətinin rəyi əsasında 3 ən yaxşı layihə müəyyən edilir və müvafiq protokolla sənədləşdirilir. Münsiflər heyətinin apardığı müzakirələr məxfi saxlanılır.
   - Qaliblərin adları 2012-ci il mayın birinci ongünlüyündə nazirliyin www.mct.gov.az saytında və «Mədəniyyət» qəzetində açıqlanır.
    - Müsabiqə ilə bağlı təşkilati işlər Mədəniyyət və Turizm Nazirliyinin Kinematoqrafiya şöbəsi tərəfindən həyata keçirilir.
   
   Telefonlar: 498 20 46
                   493 21 15
                   493 06 80







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar