Şəkidə Bəxtiyar Vahabzadənin xatirəsi yad edilib
Fevralın 13-də Şəki şəhər Nakam adına Mərkəzi kitabxanada Xalq şairi, Dövlət mükafatı laureatı Bəxtiyar Vahabzadənin vəfatının 9-cu ildönümü ilə əlaqədar “Hara gedir sabahımız” adlı dəyirmi masa keçirilib.
Tədbir iştirakçıları əvvəlcə şairin “Bəxtiyar meydanı”ndakı büstü önünə gül dəstələri qoyublar.
Mərkəzi kitabxananın oxu zalında keçirilən tədbirdə Bəxtiyar Vahabzadənin ev-muzeyinin direktoru Elşən Zəkəriyyəbəyli, kitabxananın direktor müavini R.Əhmədova, əməkdaşlar D.Yaqubova, Z.Nəsrullayeva və digər çıxış edənlər B.Vahabzadənin yaradıcılığından söz açıb, onun təkcə Azərbaycanın deyil, Türk dünyasının böyük ədibi olduğunu vurğulayıblar.
Sonda iştirakçılar “Türk dünyasının Bəxtiyarı” adlı sərgiyə baxıblar.