M.F.Axundzadə adına Şəki şəhər Mədəniyyət mərkəzi və onun tabeliyində olan S.Vurğun adına Folklor evinin kollektivi Daxili Qoşunların Şəkidə yerləşən taborunda konsert proqramı ilə çıxış ediblər.
Mədəniyyət mərkəzinin direktoru Ağaəli Cəlilov, taborun komandiri polkovnik-leytenant Rəşad Hüseynov çıxış edərək belə mədəni proqramların şəxsi heyətdə ruh yüksəkliyi yaratdığını bildiriblər.
Folklor evinin direktoru Fəxrəddin Yusifovun rəhbərlik etdiyi “Buta” ansamblının müşayiəti ilə müğənnilərin ifasında şən mahnılar səsləndirilib. Mərkəzin metodisti Nazilə Qaffarova vətənpərvərlik mövzulu şeirlər söyləyib.