Mayın 22-dən 31-dək Rusiyanın Omsk şəhərində “Qızıl pəhləvan” XXI Beynəlxalq kino forumu keçiriləcək. Forumda Azərbaycan iki filmlə təmsil olunacaq. Mədəniyyət və Turizm Nazirliyindən bildiriblər ki, forumda rejissor Fariz Əhmədovun “Miras” qısametrajlı sənədli filmi və rejissor Firəngiz Qurbanovanın “Fitnəkar milçək” ("Təmiz, natəmiz və biz") animasiya filmi nümayiş olunacaq. Forumda 24 ölkədən 150 filmin nümayiş etdiriləcəyi gözlənilir.