XX əs­rin 20-ci il­lə­ri­nə qə­dər Azər­bay­can te­atr səh­nə­sin­də qa­dın ob­raz­la­rı­nın ifa­çı­la­rı ki­şi­lər ol­muş­dur. Teatr­da azər­bay­can­lı akt­ri­sa­la­rın ol­ma­ma­sı re­jis­sor­la­rı məc­bur edir­di ki, qa­dın ob­raz­la­rı­nı əc­nə­bi akt­ri­sa­la­ra hə­va­lə et­sin­lər. Bu da səh­nə əsər­lə­ri­nin bə­dii tə­cəs­sü­mün­də, ob­raz­la­rın ifa­də­sin­də özü­nü gös­tə­rir, tam­aşa­lar ar­zue­di­lən sə­viy­yə­də alın­mır­dı. Təd­ri­cən teat­ra gə­lən yer­li akt­ri­sa­la­rın is­te­dad və ba­ca­rı­ğı səh­nə sə­nə­ti­mi­zə də uğur gə­tir­di. Ori­ji­nal ifa­sı, bən­zər­siz rol­la­rı ilə mil­li te­atr və ki­no sə­nə­ti­nin in­ki­şa­fın­da xü­su­si xid­mə­ti olan akt­ri­sa­la­rı­mız­dan bi­ri də Əta­yə Əli­ye­va ol­muş­dur.
   
   Ə­ta­yə Qu­lam qı­zı Əli­ye­va 1920-ci il ma­yın 2-də Aş­qa­bad­da ana­dan ol­muş­dur. Mək­təb yaş­la­rın­dan sə­nə­tə meyil gös­tər­miş, te­atr ta­ma­şa­la­rın­da hə­vəs­kar ki­mi çı­xış et­miş­dir. Əta­yə xa­nı­mın səh­nə­yə olan hə­və­si onu 1934-cü il­də Ba­kı Te­atr Tex­ni­ku­mu­na gə­ti­rir. Bi­rin­ci kurs­dan is­te­dad­lı akt­ri­sa­nı Azər­bay­can Döv­lət Aka­de­mik Dram Teat­rı­na də­vət edir­lər. Az bir vaxt­da teatr­da oy­na­dı­ğı rol­lar­la ta­ma­şa­çı­la­rın rəğ­bə­ti­ni qa­za­nan Əta­yə xa­nım 1936-cı il­dən İrə­van Azər­bay­can Dram Teat­rın­da ça­lış­ma­ğa baş­la­yır, ma­raq­lı ob­raz­lar­la ta­ma­şa­çı­la­rın se­vim­li­si­nə çev­ri­lir. 1948-ci il­də isə Gən­cə Dram Teat­rı­na də­vət alır. Teat­rın səh­nə­si­ni dol­ğun, par­laq ya­ra­dı­cı­lı­ğı ilə bə­zə­yən, ta­ma­şa­lar­da mü­vəf­fə­qiy­yət­lə çı­xış edən akt­ri­sa gör­kəm­li dra­ma­turq C.Cab­bar­lı­nın əsər­lə­ri­nin baş qəh­rə­man­la­rı­na uğur­lu səh­nə hə­ya­tı ya­şa­dır.
   1956-cı il­də ye­ni­dən Ba­kı­ya, Aka­de­mik Dram Teat­rı­na qa­yı­dır. Teat­rın səh­nə­sin­də bir çox ta­ma­şa­lar­da oy­na­yır, So­na (“Ha­cı Qa­ra”), Nə­za­kət (“Sən hə­mi­şə mə­nim­lə­sən”), Rə­fi­qə (“Ya­lan”), Pə­ri (“Pə­ri Ca­du”) və baş­qa ob­raz­la­rın xa­rak­te­ris­ti­ka­sı­nı özü­nə­məx­sus səh­nə yo­zu­mu, ye­ni ifa­də va­si­tə­lə­ri ilə təq­dim edir.
   
   * * *
   Akt­ri­sa­nın te­atr ya­ra­dı­cı­lı­ğı ki­no­da ya­rat­dı­ğı rol­la­ra da uğur gə­tir­di. Ek­ran­da ya­rat­dı­ğı ana rol­la­rı­nı Azər­bay­can qa­dı­nının sim­vo­lu ki­mi yad­daş­la­rı­mız­da əbə­di­ləş­dir­di. Ona tap­şı­rı­lan rol­la­rın ki­çik və bö­yük­lü­yün­dən ası­lı ol­ma­ya­raq, akt­ri­sa şab­lon imp­ro­vi­zə­lə­rə, ar­tıq jest­lə­rə qə­tiy­yən yol ver­mə­dən, ifa­nı ən­da­zə­dən çı­xar­ma­dan ro­lun öh­də­sin­dən ba­ca­rıq­la gəl­di, qa­dın psi­xo­lo­gi­ya­sı­nın, xa­rak­te­ris­ti­ka­sı­nın in­cə­lik­lə­ri­ni ci­la­la­dı, də­qiq mü­na­si­bət­lə­rin­də ha­di­sə­lə­rin şər­hi­ni ver­di.
   Gör­kəm­li te­atr və ki­no re­ji­sso­ru olan Rza Təh­ma­sib akt­yor tex­ni­ka­sı­nın bi­li­ci­si ki­mi Əta­yə xa­nı­mı ilk də­fə «O­nu ba­ğış­la­maq olar­mı?» (1959) fil­mi­nə də­vət edir. Film­də ha­di­sə­lə­rin ge­di­şin­dən ası­lı ola­raq akt­ri­sa iki xa­rak­ter can­lan­dı­rır. Ev­dar qa­dın Sa­ra xa­la və ley­te­nant Qa­ra­ye­va ob­ra­zı­nı. Bir­dən-bi­rə ka­me­ra qar­şı­sı­na ke­çən akt­ri­sa üçün bir film­də iki per­so­na­jın fərq­li cə­hət­lə­ri­ni ya­rat­maq o qə­dər də asan de­yil­di. Ob­raz­lar ilk ba­xış­dan sa­də gö­rün­sə də, özü­nə­məx­sus psi­xo­lo­ji mə­ziy­yət­lə­rə ma­lik idi. Hər iki ob­ra­zı də­qiq­lik­lə iş­lə­mək la­zım gə­lir­di. Akt­ri­sa bə­zi kadr­lar­da in­cə imp­ro­vi­zə­lə­rə yol ver­mək­lə pe­şə sə­riş­tə­si­ni təs­diq­lə­miş ol­du. Mə­sə­lən, Sa­ra xa­la­nın pri­mus us­ta­sı ilə olan dia­lo­qu­nu xa­tır­la­yaq. Pən­cə­rə­ni si­lə­rək ca­ni ilə söh­bət edən Sa­ra xa­la sə­mi­mi, təm­kin­li, sa­də ev xa­nı­mı tə­si­ri ba­ğış­la­yır, am­ma o, ey­ni za­man­da ayıq-sa­yıq mi­lis iş­çi­si­dir. Akt­ri­sa və­zi­fə­si­ni ba­ca­rıq­la ye­ri­nə ye­ti­rən ley­te­nant Qa­ra­ye­va­nın si­ma­sın­da qorx­maz Azər­bay­can qa­dı­nı­nın, Sa­ra xa­la­nın si­ma­sın­da isə meh­ri­ban ana ob­ra­zı­nı ya­ra­dır. Pe­şə­kar ci­na­yət­kar­la­rın izi­nə dü­şən qa­nun ke­şik­çi­lə­ri­nin ax­ta­rış üsul­la­rın­dan ca­ni Tər­la­nın (akt­yor Q.To­nunts) xə­bər tut­ma­ma­sı, onun diq­qə­ti­ni ya­yın­dır­ma­sı üçün ley­te­nant Qa­ra­ye­va­nın Sa­ra xa­la ro­lu­nu oy­na­ma­sı əmə­liy­ya­tın va­cib şərt­lə­rin­dən bi­ri idi. Sa­ra xa­la gənc bəs­tə­kar Sev­da­ya (M.A­bu­ye­va) kö­mək et­mək­lə ya­na­şı, hər xır­da de­ta­lı araş­dır­maq­la ci­na­yə­tin izi­nə dü­şür. Ley­te­nant Qa­ra­ye­va­nın pe­şə­si­nə bağ­lı­lı­ğı san­ki ai­lə­si ilə işi­ni bir ara­da tut­ma­ğa ça­lı­şan, özü­nü cə­miy­yət­də şəx­siy­yət ki­mi təs­diq­lə­yən Azər­bay­can qa­dı­nı­nın xa­rak­te­rik cə­hət­lə­ri­ni gös­tə­rir. Əta­yə Əli­ye­va­nın ek­ran­ ya­ra­dı­cı­lı­ğı ne­çə-ne­çə gənc akt­ri­sa­nın pe­şə yö­nü­mü­nə işıq sa­çan ma­yak ro­lu­nu oy­na­yır. De­mə­li, çox­say­lı ta­ma­şa­çı tə­rə­fin­dən qə­bul edi­lən sə­nət sə­nət­kar sev­gi­si­nə, pe­şə­kar­lı­ğı­na bağ­lı­dır.
   
   * * *
   Ə­ta­yə xa­nı­mın ek­ran­da sər­bəst, ori­ji­nal ifa­sı­nı, sə­si ilə mən­tiq­li oyun hor­mo­ni­ya­sı­nı gö­rən ki­no­re­jis­sor­lar onu film­lə­ri­nə də­vət et­mə­yə baş­la­dı­lar. Akt­ri­sa­nın “Azər­bay­can­film” ki­nos­tu­di­ya­sın­da len­tə alı­nan «Bi­zim kü­çə» fil­min­də (1961) Bə­yim xa­la, «Te­le­fon­çu qız» fil­min­də (1962) Si­mu­zər, «Dağ­lar­da dö­yüş»­də (1967) Qəm­bə­rin ar­va­dı, «U­şaq­lı­ğın son ge­cə­si»n­də (1968) Mən­su­rə və baş­qa yad­da­qa­lan ob­raz­la­rı ha­di­sə­lə­rin real­lı­ğı­na zə­min ya­ra­dır, akt­ri­sa­nın xa­rak­te­rik si­ma­sı hət­ta söz­süz kadr­la­rın da di­na­mik­li­yi­ni güc­lən­di­rir, ob­ra­zı ta­ma­şa­çı­ya doğ­ma­laş­dı­ran mə­ziy­yət­lə­ri isə (ha­di­sə­lə­rin emo­sio­nal, re­al ifa­sı ilə mən­ti­qi əla­qə) film­lə­rə uzun ek­ran hə­ya­tı bəxş edir.
   Akt­ri­sa­nın “Dağ­lar­da dö­yüş” (re­jis­sor K.Rüs­təm­bə­yov) fil­min­də ya­rat­dı­ğı ana ob­ra­zı əsl Azər­bay­can qa­dı­nı­na xas olan müs­bət cə­hət­lə­ri özün­də cəm­ləş­di­rib. Qı­zı Hic­ra­nı (O.­Sə­na­ni) se­vən gənc sər­həd­çi Fər­ru­xun dağ­lar­da az­ma­sı onu da bir ana ki­mi na­ra­hat edir. Hə­yat yol­da­şı Qəm­bər­dən (M.Sə­na­ni) Fər­ru­xun ta­pıl­ma­sı üçün sər­həd­çi­lə­rə kö­mək et­mə­si­ni xa­hiş edir. Akt­ri­sa ob­ra­zın in­sa­ni key­fiy­yət­lə­ri­ni bə­yan edən bir ne­çə də­qi­qə­lik mo­no­lo­qun­da ai­lə­can­lı, müd­rik cə­hət­lə­ri­ni se­və-se­və, hə­vəs­lə ya­ra­dıb. Bu­nu onun ya­rat­dı­ğı bü­tün rol­la­rın­da gör­mək müm­kün­dür. Əta­yə xa­nı­mın ek­ran ob­raz­la­rı­nın ço­xu for­ma və məz­mun eti­ba­rilə ox­şar ol­sa da, ifa və plas­ti­ka ba­xı­mın­dan fərq­li­dir, rən­ga­rəng­dir.
   Gör­kəm­li ki­no­re­jis­sor Arif Ba­ba­ye­vin çox ba­xı­lan, se­vi­lən ek­ran əsər­lə­rin­dən olan «U­şaq­lı­ğın son ge­cə­si» fil­mi­nə uğur gə­ti­rən akt­yor an­samb­lın­da Əta­yə xa­nı­mın özü­nə­məx­sus ye­ri var. Onun ifa­sı fil­min es­te­tik tə­sir gü­cü­nü qüv­vət­lən­di­rir. Sa­də hə­yat tər­zi ya­şa­yan Mən­su­rə­ni öv­la­dı­nın xoş­bəxt­li­yi və ai­lə bü­töv­lü­yün­dən baş­qa heç nə ma­raq­lan­dır­mır. O, gün­də­lik məi­şət prob­lem­lə­ri­ni ni­zam­la­yan ev sa­hi­bə­si­dir. Gün baş­la­yan­dan bi­tə­nə ki­mi ev iş­lə­ri ilə məş­ğul olan Mən­su­rə gö­zü-kön­lü­tox, xoş­bəxt bir qa­dın­dır. Əta­yə Əli­ye­va ek­ran­da tə­bii tə­sir ba­ğış­la­yan ka­mil ana ob­raz­la­rı­nın fo­nun­da xoş­si­ma­lı Azər­bay­can qa­dı­nı­nı can­lan­dı­rır.
   Akr­ti­sa­nın diq­qət çə­kən ek­ran ob­raz­la­rın­dan bi­ri də “Bi­zim kü­çə” fil­min­də­ki Bə­yim xa­la­dır. İkin­ci Dün­ya mü­ha­ri­bə­si­nin ilk il­lə­rin­də qı­zı­nı itir­miş Bə­yim xa­la hə­ya­tı­nı işi­nə həsr et­mək­lə dər­di­ni unut­ma­ğa ça­lı­şır. Qı­zı Sa­ra­nın (R.Məm­mə­do­va) nis­gi­li onun nəin­ki saç­la­rı­nı ağart­mış, göz­lə­rin­də hə­yat se­vin­cin­dən əsər-əla­mət be­lə qoy­ma­mış­dır. Dəh­şət­li mü­ha­ri­bə­nin dəh­şət­lə­rin­dən bi­ri də in­san­la­rı doğ­ma­la­rın­dan uzaq­laş­dır­ma­sı, on­la­rı cis­mən, mə­nən, ru­hən tək­lə­mə­si, öl­dür­mə­si­dir. İl­lə­rin acı­sı­nı qəl­bi­nə axı­dan xəs­tə ana­nın məl­hə­mi yal­nız öv­la­dı­dır. Hə­mi­şə qa­ra rəng­li, dərd­li li­ba­sı­na bü­rü­nən Bə­yim xa­la yal­nız qı­zı­nın sağ ol­du­ğu­nu bi­lən­dən son­ra hə­ya­tın mə­na­sı­nı da­dır­mış ki­mi gü­lür, se­vi­nir. Əta­yə Əli­ye­va Bə­yim xa­la­nın ta­le­yi­nə ya­zı­lan, ya­şa­ma­ğa məh­kum ol­du­ğu acı hə­ya­tı xır­da ele­ment­lə­ri­nə qə­dər ci­la­la­maq­la, bir ana­nın fa­ciə­si­ni güc­lü, da­xi­li po­ten­sia­lı he­sa­bı­na gös­tər­mək­lə dra­ma­tur­ji ma­te­ria­lın (sse­na­ri müəl­li­fi İ.­Qa­sı­mov) mo­nu­men­tal­lı­ğı­nı ek­ran­da bir da­ha vur­ğu­la­dı, fil­min də­yə­ri­ni ar­tır­dı. Mil­li ki­no­mu­za hər ifa­sın­da uğur gə­ti­rən be­lə sə­nətkrla­rın sa­yə­sin­də də XX əsrdə çə­ki­lən film­lə­rə bax­ma­ğa üs­tün­lük ve­rən­lə­rin ara­sın­da ye­ni nə­sil ta­ma­şa­çı­la­rı­nın da sa­yı gün­dən-gü­nə ar­tır.
   Ə­ta­yə Əli­ye­va “Azər­bay­can­film”də çə­ki­lən bir sı­ra film­lər­də qa­dın ob­raz­la­rı­nı pe­şə­kar səs­lən­dir­mək­lə dubl­yaj sə­nə­ti­mi­zə də uğur qa­zan­dı­rıb. Onun ifa­də­li, ob­raz­lı səs temb­ri ilə səs­lən­dir­di­yi Şa­ma­ma (“İn­san məs­kən sa­lır”), Xa­tun (“Qa­nun na­mi­nə”), Əs­mə­rin ana­sı (“Gün keç­di”), Gö­zəl xa­la (“Mən ki, gö­zəl de­yil­dim”), Mus­ta­fa­nın ar­va­dı (“Bir cə­nub şə­hə­rin­də”), Ru­qiy­yə (“Əsl dost”) və baş­qa ob­raz­la­rı film­lə­rin apa­rı­cı qüv­və­si ki­mi yad­daş­la­ra ya­zı­lıb.
   Akt­ri­sa ra­dio və te­le­vi­zi­ya ta­ma­şa­la­rın­da ya­rat­dı­ğı müx­tə­lif səp­ki­li rol­la­rı ilə də («Ge­ne­ral» (1970), «To­pal Tey­mur» (1983), «A­na­lar» (1987) və s.) vu­rul­du­ğu sə­nə­ti­ni çox­say­lı din­lə­yi­ci­lə­rə, ta­ma­şa­çı­la­ra sev­di­rib. Onun mə­la­hət­li və ifa­də­li sə­si ob­raz­la­ra olan mü­na­si­bə­ti­ni də­qiq bil­di­rir­di. Bu­na gö­rə də heç bir qü­su­ra yol ver­mə­di­yi səs ar­ti­kul­ya­si­ya­sı rol­la­rın real­lı­ğı­na tə­mi­nat ve­rir, dubl­ya­jın key­fiy­yə­ti­ni ar­tı­rır­dı.
   Ə­ta­yə xa­nı­mın te­atr və ki­no­da ya­rat­dı­ğı rol­la­rı onun hə­yat möv­qe­yin­dən qi­da­la­nıb, müs­bət cə­hət­lə­ri isə akt­ri­sa­ya on­lar­la in­sa­nın sev­gi­si­ni, rəğ­bə­ti­ni qa­zan­dı­rıb. Sə­nət­də qa­zan­dı­ğı uğur­la­ra gö­rə Əta­yə Əli­ye­va 1964-cü il­də Azər­bay­ca­nın Əmək­dar ar­tis­ti fəx­ri adı­nı alıb. Se­vim­li akt­ri­sa 1995-ci il ap­re­lin 6-da Ba­kı­da və­fat edib. Onun ki­no­da sev­gi və eh­ti­ram­la ya­rat­dı­ğı ob­raz­la­ra ba­xan­da isə elə akt­ri­sa­nın si­ma­sın­da hör­mə­tə la­yiq Azər­bay­can qa­dı­nı­nı xa­tır­la­yı­rıq.
   
   Şəh­la Bür­cə­li­ye­va,
   ki­no­şü­nas







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar