Dövlət Film Fondunda konfrans
   
   Ma­yın 8-də Döv­lət Film Fon­dun­da ulu ön­dər Heydər Əliye­vin ana­dan ol­ma­sı­nın 89-cu il­dö­nü­mü­nə həsr olun­muş “Heydər Əli­yev və Azər­bay­can ki­no­su” möv­zu­sun­da konf­rans ke­çi­ril­miş­dir. Təd­bir iş­ti­rak­çı­la­rı əv­vəl­cə Fon­dun fo­ye­sin­də ulu ön­də­rin hə­yat və fəa­liy­yə­ti­ni əks et­di­rən fo­to­sər­gi ilə ta­nış olub­lar.
   
   Konf­rans­da çı­xış edən Döv­lət Film Fon­du­nun di­rek­to­ru, Əmək­dar in­cə­sə­nət xa­di­mi Cə­mil Qu­li­yev da­hi şəx­siy­yət Hey­dər Əli­ye­vin çox­sa­hə­li fəa­liy­yə­tin­dən, mə­də­niy­yə­tə, in­cə­sə­nə­tə gös­tər­di­yi diq­qət və qay­ğı­dan da­nış­mış­dır.
   Ye­ni Azər­bay­can Par­ti­ya­sı Ya­sa­mal ra­yon təş­ki­la­tı­nın səd­ri, pro­fes­sor Fik­rət İs­ma­yı­lov, xalq ar­tist­lə­ri Ama­li­ya Pə­na­ho­va, Ta­ri­yel Qa­sı­mov və baş­qa­la­rı ümum­mil­li li­de­rin xa­ti­rə­si­nin Azər­bay­can xal­qı­nın qəl­bin­də da­im ya­şa­ya­ca­ğı­nı bil­dir­miş­lər. Vur­ğu­lan­mış­dır ki, Azər­bay­ca­nın bey­nəl­xalq aləm­də ta­nı­dıl­ma­sın­da, mil­li mə­də­niy­yə­ti­mi­zin, in­cə­sə­nə­ti­mi­zin, el­mi­mi­zin, ki­no sə­nə­ti­nin in­ki­şa­fın­da ulu ön­də­rin mi­sil­siz xid­mət­lə­ri ol­muş­dur.
   Çı­xış­lar­da qeyd olun­muş­dur ki, 1993-cü il­də xal­qın tə­kid­li tə­lə­bi ilə ikin­ci də­fə ha­ki­miy­yə­tə qa­yı­dı­şın­dan son­ra ulu ön­dər Azər­bay­ca­nı bə­la­lar­dan qo­ru­muş, öl­kə­ni xa­os və anar­xi­ya­dan, qar­daş qar­şı­dur­ma­sın­dan xi­las et­miş və dün­ya xə­ri­tə­sin­dən si­lin­mə­si­nin qar­şı­sı­nı al­mış­dır.
   Təd­bir çər­çi­və­sin­də Əmək­dar in­cə­sə­nət xa­di­mi, ki­no­şü­nas Ay­dın Ka­zım­za­də­nin “Apost­rof” nəş­riy­ya­tın­da çap­dan çıx­mış “Hey­dər Əli­yev və Azər­bay­can ki­ne­ma­toq­ra­fi­ya­sı” ki­ta­bı­nın ikin­ci nəş­ri­nin təq­di­ma­tı ke­çi­ril­miş­dir.
   Ki­ta­bın re­dak­to­ru fi­lo­lo­gi­ya elm­lə­ri dok­to­ru, pro­fes­sor Ay­dın Da­da­şov­dur.