Qusar Dövlət Ləzgi Dram Teatrında yazıçı-dramaturq Hüseynbala Mirələmovun “Xəcalət” əsəri tamaşaya qoyulub. Xocalı faciəsinin 26-cı ildönümü münasibətilə səhnələşdirilən əsərdə Qarabağdakı torpaqlarından didərgin düşmüş ailələrin qarşılaşdıqları çətinliklərdən, sadə insanların öz ata-baba yurdlarına bağlılığından, əsl vətənpərvərlikdən söhbət açılır.
Tamaşanın quruluşçu rejissoru Əməkdar mədəniyyət işçisi Laləzar Hüseynova, quruluşçu rəssamı Marina Mahmudova, musiqi tərtibatçısı Şaiq Qardaşovdur. Rolları teatrın aktyorları Lalə Qurbanova, Aydın Xeyirov, Kəmalə Qasımova, Yalçın Qaraxanov, Yuri Kərimov və başqaları canlandırırlar.
“Xəcalət” tamaşası fevralın 26-da Qusar Mədəniyyət evində nümayiş etdiriləcək.