Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə 2011-ci ildə “Salnamə” studiyasında istehsal olunan “Top həm düşər, həm qalxar” sənədli filmi mayın 11-dən 13-dək İstanbulda keçirilmiş beynəlxalq idman filmləri festivalının müsabiqə proqramında iştirak edib. Mayın 13-də festivalın təntənəli yekun gecəsində filmin rejissoru Arzu Urşan “İdman klubu haqqında ən yaxşı sənədli film” nominasiyasının qalibi elan olunub.
   Azərbaycanda futbolun yaranmasının 100 illiyinə həsr olunmuş film ötən ilin sentyabrında Rusiyanın Lipetsk şəhərində keçirilən “Atlant” VIII Beynəlxalq idman filmləri festivalında “Olimpiya İdeallarına Sədaqət” nominasiyasında birinci mükafata layiq görülüb. Noyabrda isə İtaliyanın Milan şəhərində keçirilən beynəlxalq idman filmləri festivalında qalib olub.
   Ekran əsəri bu ilin iyununda Rusiyanın Yakutsk və Vyetnamın Hanoy şəhərlərində keçiriləcək beynəlxalq idman filmləri festivallarında da iştirak edəcək.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar