Fevralın 20-də Beynəlxalq Muğam Mərkəzində M.F.Axunzadənin “Lənkəran xanının vəziri” komediyası əsasında hazırlanan eyniadlı tamaşa nümayiş etdirilib. Bu dəfə məşhur səhnə əsərini tələbələr oynayıblar.
Tamaşa Beynəlxalq Muğam Mərkəzi və Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin “Yeni nəsil dəvət edir” adlı birgə layihəsi çərçivəsində təqdim olunub. Rolları gənc aktyorlar Sona Novruzova, Nərmin Hüseynova, Şəfiqə Quliyeva, Məhbubə Quliyeva, Ağaəli Kərimzadə, Əbülfəz İsgəndərov, Novruz Şahverdiyev və başqaları ifa ediblər.
Tələbələrin göstərdiyi tamaşa maraqla qarşılanıb.