Mədəniyyət və Turizm Nazirliyinin və Polşanın Azərbaycandakı səfirliyinin birgə təşkilatçılığı ilə Nizami Kino Mərkəzində “Korçak” bədii filminin nümayişi keçirilib. Nümayişdən öncə Polşanın ölkəmizdəki səfiri Mixal Labenda tədbir iştirakçılarını salamlayaraq filmin qəhrəmanı - görkəmli pedaqoq, yazıçı, həkim və ictimai xadim Yanuş Korçak barədə ətraflı məlumat verib. İkinci Dünya müharibəsi zamanı Varşavadakı gettoda yəhudi uşaqlar üçün yaradılmış uşaq evinin rəhbəri Yanuş Korçakdan bəhs edən “Korçak” bədii filmi Polşanın tanınmış rejissoru Andjey Vayda tərəfindən real hadisələr əsasında çəkilib.
   Polyak dilində yayımlanan filmi Bakı Slavyan və Azərbaycan Dillər universitetlərinin tələbələri, Polşa icmasının nümayəndələri seyr ediblər.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar