Mayın 18-dən 22-dək Qazaxıstanın paytaxtı Astanada “Samruk-Etno-Fest-2012” I Beynəlxalq etnoqrafik kinofestival keçirilib. Qazaxıstan Kino Fondu və Kinematoqrafçılar İttifaqının təşkil etdiyi festivalın məqsədi MDB, həmçinin Mərkəzi Asiya regionu, o cümlədən türk dünyasının yaradıcı potensialını üzə çıxarmaq və diqqəti həmin ölkələrin mədəniyyətlərinə cəlb etməkdir. Festivala təqdim olunan kinolentlər iştirakçı ölkələrin xalqlarının həyatı, adət-ənənələri, mədəni dəyərləri, yaşayış tərzi haqqında məlumat verir.
   Festivalda Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan, Ukrayna, Rusiya, Tacikistan, Türkmənistan, Hindistan və digər ölkələrin kinematoqrafçılarının 40-dan artıq sənədli filmi nümayiş etdirilib. Ölkəmiz festivalda “Azərbaycan xalçaları” (rejissor Şamil Əliyev), “İz qala” (rejissor Şamil Əliyev), “Lahıc ritmləri” və “Miras” (rejissor Fariz Əhmədov), “Çövkən” (rejissor Rafiq Quliyev) filmləri ilə təmsil olunub. Kinoforum çərçivəsində etnoqrafik kinonun problemləri ilə əlaqədar dəyirmi masalar və ustad dərsləri də keçirilib.

   Reyhan







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar