Fərhad Mete
  
  

   Adagio
      
   dünən...
   dağıldı sevgi üçbucağı - o getdi, ikimiz qaldıq gecə kafesində
   gecə kafesindəki bütün baxışlar üzərimizdəydi
   sonra mən bir az sevincək, sən bir az məyus oldun
   səssizcə ağlamaq keçirdi içindən
   ağladın da - onu itirdiyinəmi, mənimlə qaldığınamı, bilmirəm
   adını bir başqa qoydun...
   o isə nə sevindi, nə də məyus oldu,
   üstəlik hesabı da ödədi gedərkən...
   bəyaz pərdələrlə qapanıb gecəni üç yerə böldük səninlə
   yorulduq, bitdik, tükəndik
   içimizdə ehtirasın amansızca yatırdığı bir kölə üsyanı
   atəşimiz soyudu, beynimiz zəhərli fikirlərlə doldu
   sonra sən bir sevincək, mən bir az məyus oldum
   getmək üçün bəhanə tapıb hirslənmək keçdi içimdən,
   hirsləndim də - onu itirdiyinəmi, mənimlə qaldığınamı, bilmirəm
   adını bir başqa qoydum...
   o isə nə sevinəcək, nə də məyusdu
   gücü də yetdi zəng edib bizi təbrik etməyə...
   bu gün dünənkiylə eyni saatda
   gecə kafesiylə evinizin arasındayam,
   bəhanəm var sizə gəlməyə - evinizə daha yaxınam
   nə məyusam, nə də sevincək,
   yorulmuşam, çox soyuqdu, üşüyürəm
   aç qapını, səni deyəsən sevirəm...