Fevralın son günlərində Dərbənd Azərbaycan Dövlət Dram Teatrında görkəmli dramaturq Sabit Rəhmanın “Hicran” komediyasının premyerası keçirilib.
Tamaşaya Dağıstan Respublikasının Əməkdar mədəniyyət işçisi Yaqut Xandadaşov quruluş verib.
Əsas rolları Diləfruz Şıxməmmədova, Sərxan Səmədov, Cum-Cum Mirzəağa, Kəmalə Rzayeva, Dinşah Abdulqafarov, Təhminə Ömərova, Şükufə Məlikova ifa ediblər. Səhnə tərtibatçısı teatrın baş rəssamı, Dağıstanın Əməkdar mədəniyyət işçisi Naidə Alimətova, musiqi tərtibatçısı Dağıstanın Əməkdar artisti Sevda Bəybalayevadır.
Dərbənd şəhər və yaxın rayonlardan tamaşaya baxmaq üçün gəlmiş teatrsevərlər aktyorların ifasını alqışlarla qarşılayıblar.
Derbend.ru portalının yazdığına görə, tamaşadan sonra Dərbənd şəhər İctimai Palatasının sədr müavini Seyran Rəhimov, Dərbənd rayon Administrasiyası başçısının müavini Seyidməhəmməd Babayev və Mədəniyyət şöbəsinin rəisi Səkinə Seyidova, deputat Vəliyulla Fətəliyev kollektivi təbrik edib, aktyorların oyununu yüksək qiymətləndiriblər.
Gülcahan