İyul ayında Xalq yazıçısı Elçinin “Mahmud və Məryəm” romanı əsasında eyniadlı tammetrajlı filmin çəkilişlərinə başlanılacaq. Filmin baş məsləhətçisi və Qəmərbanu obrazının ifaçısı Məlahət Abbasova bildirib ki, bu ekran əsərinin Azərbaycanda çəkilişləri Bakının Suraxanı rayonu ərazisindəki “Atəşgah” məbədində, Şirvan, Qax, Qəbələ rayonlarında aparılacaq.
   Filmin rejissoru türk əsilli Böyük Britaniya rejissoru Mətin Hüseyn, prodüseri Sevda Kayqısızdır.
   Yeni ekran əsəri Azərbaycanın “Salnamə” və Türkiyənin “24 Karefilms” studiyaları tərəfindən istehsal olunacaq. Filmdə Azərbaycan və Türkiyə aktyorları rol alacaqlar.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar