İyunun 12-də Beynəlxalq Muğam Mərkəzində “Ankaf” şirkətinin istehsal etdiyi “Sarı gəlin” sənədli filminin təqdimatı keçiriləcək. Mədəniyyət və Turizm Nazirliyi, TÜRKSOY və “Güven Klinik”in dəstəyi ilə təşkil olunan tədbir zamanı filmin müəllifləri tamaşaçıların diqqətinə mədəni irsimizin ən gözəl nümunələrindən olan qədim mahnını elmi araşdırmalar baxımından təqdim edəcəklər.
   Təqdimatda Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Başqırdıstan, Hakas Respublikası və Qaqauz Yerini (Moldova) təmsil edən folklor kollektivlərinin ifasında “Sarı gəlin” mahnısı ifa olunacaq.
   Filmin baş prodüseri Nazim Abdullayev, ssenari müəllifi İdris Heydərli, rejissoru Rövşən Nicatdır.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar