Minskdəki Belarus Kino Tarixi Muzeyində “Azərbaycan kinosunun tarixi” adlı fotosərgi təşkil edilib. 
   Sərgi Azərbaycan Dövlət Film Fondu və Belarus Kino Tarixi Muzeyi tərəfindən təşkil edilib. Dövlət Film Fondundan verilən məlumata görə, sərgidə Azərbaycanın tanınmış filmlərini əks etdirən 34 planşet nümayişə çıxarılıb. Açılış mərasimində Azərbaycan Dövlət Film Fondunun direktoru Cəmil Quliyev, Belarus Dövlət Kino və Fotosənəd Arxivinin direktoru V.Balandin, Belarusun tanınmış kinorejissoru V.Orlov çıxış ediblər. Çıxış edənlər sərginin Azərbaycan kinosunun Belarusda təbliğatı baxımından böyük əhəmiyyətini qeyd ediblər.
   İyunun 7-də tədbir çərçivəsində Belarus Kino Tarixi Muzeyində rejissor Rasim İsmayılovun “Mən sizi həyatımdan artıq sevirdim” bədii filmi nümayiş etdirilib. Film 1985-ci ildə “Azərbaycanfilm” və “Belarusfilm” kinostudiyaları tərəfindən çəkilib və Belarusun faşist işğalından azad olunması üçün qəhrəmancasına mübarizə aparmış, iki dəfə Sovet İttifaqı qəhrəmanı, general-mayor Həzi Aslanova həsr olunub. Filmdə Azərbaycan aktyorları ilə yanaşı, Belarus aktyorları da çəkilib. Filmin nümayişindən əvvəl çıxış edən Azərbaycan Dövlət Film Fondunun direktoru Cəmil Quliyev ekran işinin yaranma tarixi barədə tamaşaçıları məlumatlandırıb.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar