Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində 10 mart - Milli teatr gününə həsr olunmuş “Teatr tarixində aktyor sənətinin inkişaf tendensiyaları” mövzusunda tələbə elmi konfransı keçirilib.
   ADMİU-nun prorektoru, professor Məryəm Əlizadə çıxış edərək Teatrşünaslıq kafedrası tərəfindən təşkil olunan konfransın mühüm elmi-nəzəri mövzunu əhatə etdiyini söyləyib. Bildirilib ki, konfrans teatr sahəsində aktyor sənətinin inkişaf tendensiyalarını təhlil etməklə yanaşı, tələbələrdə araşdırma vərdişlərini formalaşdırmaq, onların tədqiqatçılıq səriştələrini artırmaq məqsədini qarşıya qoyub.
   Tələbələrin “Orta əsrlərdə dini tamaşalar: janr təsnifatı”, “Şərq ənənəvi teatr mədəniyyətində aktyor sənəti”, “Postdramatik teatrda aktyor sənəti” və digər mövzularda məruzələri dinlənilib.