İyunun 12-də Beynəlxalq Muğam Mərkəzində “Ankaf” şirkətinin istehsal etdiyi “Sarı gəlin” sənədli filminin təqdimat mərasimi keçirildi. Mədəniyyət və Turizm Nazirliyi, TÜRKSOY və “Güven Klinik”in dəstəyi ilə təşkil olunan tədbirdə dövlət və hökumət nümayəndələri, Milli Məclisin deputatları, tanınmış mədəniyyət və incəsənət xadimləri iştirak edirdilər.
   
   Mərasimdə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev çıxış edərək “Sarı gəlin” mahnısının xalq musiqimizin, qədim folklorumuzun incilərindən biri olduğunu dedi. Belə layihələrin Azərbaycan mədəniyyətinə təcavüz edənlərə tutarlı cavab olduğunu deyən nazir vurğuladı ki, biz xalq olaraq musiqimizə, mədəni irsimizə qarşı yönələn bütün iddialara qarşı mübarizə aparmağa hər zaman hazır olmalıyıq: “Nəinki “Sarı gəlin”i, digər sənət əsərlərimizi, tarixi abidələrimizi özününküləşdirməyə çalışan bədnam qonşularımıza layiqli cavab verməliyik”.
   Sonra filmin yaradıcı heyəti səhnəyə dəvət olundu. Filmin baş prodüseri Nazim Abdullayev, ssenari müəllifi İdris Heydərli, rejissoru Rövşən Nicatdır. Layihənin rəhbəri Nazim Abdullayev ekran əsərinin çəkilişinə verilən dəstəyə və yaradılan şəraitə görə Mədəniyyət və Turizm Nazirliyinə minnətdarlığını bildirdi. Təqdimatda Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Başqırdıstan, Xakas Respublikası və Qaqauz Yerini (Moldova) təmsil edən folklor kollektivləri “Sarı gəlin” mahnısını öz dillərində, hər xalqın özünəməxsus musiqi alətində ifa etdilər.
   Tədbirin musiqili hissəsi Sevda Ələkbərzadənin ifasında “Sarı gəlin” mahnısının səslənməsi ilə yekunlaşdı.
   Sonra “Sarı gəlin” sənədli filmi tamaşaçılara təqdim olundu. Filmdə mədəni irsimizin ən gözəl nümunələrindən olan xalq mahnısı elmi araşdırmalar baxımından təqdim edilir. Ekran əsəri Azərbaycan və türk mədəniyyət nümunələrini və tarixi abidələrini mənimsəməyə cəhd edən ermənilərə tutarlı cavabdır.
   
   Reyhan 






Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar