Amerikada kinematoqrafiya sahəsində ən uğursuz filmlərə verilən “Qızıl moruq” mükafatının növbəti sahibləri elan olunub.
   “Emoci” filmi “Qızıl moruq” mükafatının “İlin ən pis filmi” baş nominasiyasında qalib gəlib. Giləmeyvə təsvirində olan, 5 dollar dəyərindəki heykəlcik uğrunda “mübarizə”də “Emoci” filmi “Mumiya”, “Transformerlər: son cəngavər”, “50 çalar daha tünd”, “Malibunun xilaskarları” kimi rəqibləri geridə qoyub.
   Emocilərin həyatı barədə əsər, həmçinin “Ən pis ssenari” (təşkilatçılar onu 86 səhifəlik SMS adlandırırlar), “Ən pis ekran dueti” və “Ən pis rejissor” (bu mükafatı Toni Leonidis alıb) nominasiyalarının qalibi olub.
   Hollivud ulduzu və üçqat “Oskar” mükafatı laureatı Tom Kruz karyerasında ilk dəfə olaraq “Qızıl moruq” mükafatını “Mumiya” filmində ən pis aktyor işinə görə qazanıb.
   Aktyor Tayler Perri “Hellouin Medei 2” filmində ən pis qadın rolu ifaçısı kimi mükafatlandırılıb.
   İkinci planda ən pis aktyor Mel Gibson (“Salam ata, Yeni il! 2”), ən pis aktrisa Kim Besincer (50 çalar daha tünd) elan edilib.
   “Qızıl moruq” laureatlarının adları adəti üzrə Amerika Kino Akademiyasının “Oskar” mükafatlarının təqdim edilməsindən bir gün əvvəl açıqlanır.