İyunun 19-20-də “Nizami” Kino Mərkəzində keçmiş sovet ölkələrinin “Kinoşok” Açıq Kino Festivalının qalib filmləri nümayiş olunacaq. Mədəniyyət və Turizm Nazirliyi, MDB Ölkələri Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondunun təşkilatçılığı ilə keçirilən tədbir “Kinoşok” festivalının yaranmasının 20 illiyinə həsr olunub. Tədbirdə “Kinoşok”u təmsil edən bir qrup kino sənətkarı iştirak edəcək.
Dörd filmdən ibarət yubiley proqramının açılışı rejissor Rüstəm Abdraşevin (Qazaxıstan) “Dirçəliş adası” filmi ilə olacaq. Kino həvəskarları həmçinin “Parisə pəncərə” (rejissor Yuriy Mamin, Rusiya-Fransa), “Natiq” (Yusup Razıkov, Özbəkistan), “Avrasiyalı” (Şarunas Bartas, Litva-Rusiya-Fransa) filmlərinə tamaşa edə biləcəklər.