Yay tətili günlərində məktəbli uşaqların asudə vaxtlarının səmərəli təşkili məqsədilə Naxçıvan Dövlət Film Fondunun kino zalında iyun ayının 19-dan başlayaraq Azərbaycan filmləri nümayiş etdiriləcək. Balaca kino həvəskarları filmlərə həftənin II, III və IV günləri saat 11:00-da baxa biləcəklər. Məktəblilər bədii, kinonovella, musiqili kinokomediya, film-dastan janrlarında müxtəlif illərdə çəkilmiş Azərbaycan kinosu incilərinə baxacaqlar. “Babək”, “Səbuhi”, “Torpaq, Dəniz, Od, Səma”, “Koroğlu”, “Nəsimi”, “Yeddi oğul istərəm”, “İşarəni dənizdən gözləyin”, “Uzaq sahillərdə” filmləri nümayişin ilk günlərində bəyaz pərdəni işıqlandıracaq.
   Sonrakı günlərdə isə “Cin mikrorayonda”, “Ad günü”, “Asif, Vasif, Ağasif”, “Pirverdinin xoruzu” və digər filmlər nümayiş olunacaq.
   Nümayiş zamanı uşaqların macəra janrına və cizgi filmlərinə marağı nəzərə alınaraq bu qəbildən olan filmlərə də xüsusi yer veriləcək. Kinozala giriş ödənişsizdir.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar