Şəkidəki Heydər Əliyev Mərkəzində MKS-nin V.İbrahim adına 9 saylı kitabxana filialı, M.F.Axundzadənin ev-muzeyi və 19 saylı orta məktəbin kollektivinin iştirakı ilə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş tədbir keçirilib.
Mərkəzin elmi işçisi Pərvanə Rəhimova, kitabxana filialının direktoru Rüfanə Həsənova, M.F.Axundzadənin ev-muzeyinin direktoru Ulduz Xəlilova və başqa çıxış edənlər Cümhuriyyət tariximizdən söz açıblar.
Sonda məktəbin şagirdlərinin ifasında səhnəciklər nümayiş olunub.