Gürcüstanın paytaxtı Tbilisidə “Qızıl kəpənək” Beynəlxalq uşaq filmləri festivalı keçirilib. Dövlət Film Fondunun mətbuat xidmətindən verilən məlumata görə, festivalda ölkəmiz Bakı Avropa Liseyinin 9-cu sinif şagirdi Teymur Mehdizadənin “No will, no way” (“Olmaq, olmamaq”) filmi ilə təmsil olunub. Film festivalın “Qızıl kəpənək” mükafatına layiq görülüb. Azərbaycanlı şagirdin ekran əsəri “ən yaxşı montaj işinə görə” nominasiyasında qalib olub. Teymur Mehdizadə Dövlət Film Fondunun nəzdində fəaliyyət göstərən uşaq kino evinin tələbəsidir.