İyunun 21-də Nizami Kino Mərkəzində Azərbaycanın kino ictimaiyyətinin toplantısı keçirilib. Toplantıda milli kinoda böyük xidmətləri olan bir neçə görkəmli kinematoqrafçı təşəbbüs qrupu qismində çıxış edərək kinonun bütün sahələrini təmsil edən beş yüz nəfərlik auditoriyaya öz məramnamələrini təqdim ediblər.
   
   Tədbiri giriş sözü ilə açan Xalq artisti, dövlət mükafatları laureatı, Azərbaycan Kinematoqrafçılar İttifaqının katibi, professor Şəfiqə Məmmədova kinoda yaranmış vəziyyəti təhlil edib. Ş.Məmmədovanın ölkədə kino fəaliyyətini canlandırmaq, çatışmazlıqları aradan qaldırmaq, kino ictimaiyyətini demokratik ruhlu yeni bir qurum tərkibində birləşdirmək məqsədilə toplantının təsis yığıncağı elan olunması təklifi iştirakçılar tərəfindən bəyənilib.
   Daha sonra çıxış edən təşəbbüs qrupu üzvlərindən Dövlət Film Fondunun direktoru, “Mədəniyyət” telekanalının rəhbəri, Azərbaycan Kinematoqrafçılar İttifaqının katibi Cəmil Quliyev, kinorejissor, Xalq artisti Oqtay Mir-Qasım, “Space“ telekanalının prezidenti, Xalq artisti, kinorejissor Vaqif Mustafayev, “Azərbaycanfilm” kinostudiyasının direktoru, Prodüserlər Gildiyasının sədri Müşfiq Hətəmov, kinorejissor və kinoşünas, Əməkdar incəsənət xadimi Ayaz Salayev, «Nərimanfilm» kinostudiyasının direktoru Nəriman Məmmədov, Azərbaycan Televiziyası və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyətinin Baş proqramlar redaksiyasının baş rejissoru Yusif Quliyev milli kinematoqrafiyanın inkişafı, kino sahəsindəki problemlərin həlli üçün yeni ictimai qurumun yaradılmasının zəruriliyini vurğulayıblar.
   Müzakirələrdən sonra təşəbbüs qrupuna daxil olan kino xadimləri təsis yığıncağı iştirakçıları tərəfindən yeni yaradılan Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının İdarə heyətinə üzv seçiliblər. İdarə heyətinə Xalq artisti, professor Şəfiqə Məmmədova, kinorejissor, Dövlət Film Fondunun direktoru, «Mədəniyyət» telekanalının rəhbəri, Əməkdar incəsənət xadimi Cəmil Quliyev, kinorejissor, Xalq artisti, professor Oqtay Mir-Qasım, kinorejissor, Xalq artisti, «Space» telekanalının prezidenti Vaqif Mustafayev, kinorejissor, Xalq artisti Eldar Quliyev, kinorejissor, kinoşünas, Əməkdar incəsənət xadimi Ayaz Salayev, kinodramaturq, rejissor, Əməkdar incəsənət xadimi Ramiz Fətəliyev, «Azərbaycanfilm» kinostudiyasının direktoru, Prodüserlər Gildiyasının sədri Müşfiq Hətəmov, bəstəkar, Xalq artisti, Azərbaycan Milli Konservatoriyasının rektoru Səyavuş Kərimi, Xalq rəssamı, professor Mais Ağabəyov, rejissor, Azərbaycan Televiziyası və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyətinin baş rejissoru Yusif Quliyev, «Nərimanfilm» kinostudiyasının direktoru Nəriman Məmmədov seçilib.
   Daha sonra İdarə heyətinin ilk iclası keçirilib. İclasda Şəfiqə Məmmədova Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının sədri, Cəmil Quliyev icraçı katibi, İdarə heyətinin digər üzvləri isə təşkilatın katibləri seçiliblər.
   Tədbirdə Azərbaycan Respublikası Baş nazirinin müavini Elçin Əfəndiyev, mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, “Azərbaycan Televiziyası və Radio Verilişləri” QSC-nin sədri Arif Alışanov iştirak ediblər.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar