Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının təsis edilməsi və Xalq artisti, professor Şəfiqə Məmmədovanın bu quruma sədr təyin olunması bəzi xarici ölkələrin tanınmış kino ittifaqları və bu sahə üzrə məşhur mütəxəssislər tərəfindən müsbət qarşılanıb.
   
   Bununla bağlı ilk təbrik məktubu Rusiya Federasiyası Kinematoqrafçılar İttifaqının sədri Nikita Mixalkovdan gəlib. Məktubda deyilir: “Son 20 ildə Azərbaycan və Rusiya kinematoqrafçıları ittifaqlarının əməkdaşlığında fasilə yaranmışdır. Bu, bizim təqsirimiz deyildir. Ölkələrimizin kinematoqrafçılarının şəxsi əlaqələri kəsilməmişdir”.
   Nikita Mixalkov iki ölkənin kinematoqrafçılar ittifaqları arasında xoş münasibətlərin bərpa olunacağına ümidvar olduğunu bildirməklə Şəfiqə Məmmədovanı Moskvaya dostluq səfərinə də dəvət edib.
    “Gürcüstanfilm”in direktoru David Natsvilişvili də şəxsən öz adından və kinostudiyanın kollektivi adından azərbaycanlı həmkarlarını Azərbaycan Respublikası kinematoqrafçılarının yeni ittifaqının yaradılması münasibətilə təbrik edərək onlara xoşbəxtlik və firavanlıq arzulayıb.
   Bolqarıstan Kino və Televiziya Akademiyasının prezidenti, Bolqarıstan Elm və İncəsənət Akademiyasının akademiki D.Dmitrov da Şəfiqə xanıma təbrik məktubu ünvanlayıb. Məktubda deyilir: “Azərbaycan Respublikasının yeni Kinematoqrafiya İttifaqının yaradılması münasibətilə sizin hamınızı səmimi qəlbdən təbrik etməyə çox şadam. Müasir dünyada hər gün onun simasını dəyişən proseslər baş verir. İnsan fəaliyyətinin bütün sahələrində bir çox köhnəlmiş strukturlar dağıdılır. Həyat dinamikası peşə və yaradıcılıq fəaliyyətinin daha çevik və müasir formalarının yaradılmasını tələb edir.
   Müasir və demokratik dövlət olan Azərbaycan Respublikasının iqtisadiyyat və mədəniyyət sahələrində böyük nailiyyətləri onun xaricdəki dostlarını sevindirir, ictimai fəaliyyətin bütün sahələrində inkişafın sürəti heyranlıq doğurur. İnanırıq ki, yeni ittifaq öz fəaliyyətini bugünkü gözəl Azərbaycanın inkişafına uyğun quracaqdır!”
   Təbrik məktubları, həmçinin Avrasiya Televiziya və Radio Akademiyasından, Rusiyanın fəxri kinematoqrafçısı V.Ruzin, Avrasiya Televiziya və Radio Akademiyasının birinci vitse-prezidenti V.Zorin, Ukrayna KİV İşçiləri Assosiasiyasının sədri, Avrasiya Televiziya və Radio Akademiyasının birinci vitse-prezidenti V.Petrenko və Belarus Kinematoqrafçılar İttifaqının sədri V.Vasilyevdən də gəlib.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar