Xalq yazıçısı Elçinin “Mahmud və Məryəm” romanı əsasında çəkilməsi nəzərdə tutulan eyniadlı filmin yaradıcı heyətində dəyişikliklər edilib. Film Türkiyədə yayımlanan populyar “Kuzey Güney” serialının rejissoru Mehmet Ada Öztekinin rejissorluğu ilə çəkiləcək. Filmdə Mahmud rolunu “Öyle bir geçer zaman ki...” teleserialında Mete rolunu canlandıran Aras Bulut, Məryəm rolunu isə qazaxıstanlı Eva Dedova oynayacaqlar.
   Hazırda filmin əsas yaradıcı heyəti və Türkiyədə yaşayan azərbaycanlı aktrisa, filmdə Mahmudun xalası Qəmər Banunu oynayacaq Məlahət Abbasova Bakıdadır. Yaradıcı heyət filmin çəkilişləri üçün nəzərdə tutulan yerlərə baxış keçirib və çəkiliş meydançalarını müəyyənləşdirib.
   “Mahmud və Məryəm”in çəkilişlərinə iyulun 15-dən başlanılması nəzərdə tutulub. Filmdə türkiyəli aktyorlarla yanaşı, Azərbaycanın kino xadimləri də çəkiləcəklər. Xalq artisti Fəxrəddin Manafov filmdə Ziyadxan roluna dəvət alıb.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar