İyulun 2-də Qırğızıstanın “Piramida” televiziya kanalında Azərbaycan kinosu həftəsi başlayıb. Azərbaycanın Qırğızıstandakı səfirliyindən verilən məlumata görə, həmin gün ilk olaraq telekanalda “Nizami” bədii filmi göstərilib. İyulun 3-də “Axırıncı aşırım” filmi nümayiş etdirilib. Ayın 4-6-da isə milli kinomuzun qızıl fonduna daxil olan “Arşın mal alan”, “O olmasın, bu olsun”, “Uzaq sahillərdə” bədii filmləri təqdim olunacaq.
   Səfirlikdən bildiriblər ki, bu ilin mayında və iyunun əvvəllərində Qırğızıstanın daha iki televiziya kanalında da Azərbaycan kinosu həftəsi keçirilib. Mayın 10-dan 18-dək isə Bişkekdəki “NTS”, Qırğızıstanın İctimai Televiziyası və “Manas janırıcı” televiziya kanalında tanınmış kinorejissor Vaqif Mustafayevin Azərbaycanın ümummilli liderinin həyat və fəaliyyətinə həsr olunmuş “Heydər Əliyev” sənədli filmi rus dilində hissə-hissə nümayiş etdirilib və böyük maraqla qarşılanıb.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar