Aprelin 1-də Bakıda Frankofoniya həftəsinə start veriləcək. Aprelin 14-dək davam edəcək Frankofoniya həftəsi on bir Avropa dövlətinin ölkəmizdəki səfirliyinin təşkilatçılığı ilə reallaşacaq. Həftə çərçivəsində bir sıra mədəni tədbirlər təşkil olunacaq, müxtəlif mövzulu rəsm sərgiləri açılacaq.
Qeyd edək ki, hər il dünyada qeyd edilən Frankofoniya həftəsi fransızdilli ölkələri özündə birləşdirən 80-dən çox dövlət və dövlət qurumunu bir araya gətirir.