Brüsseldə, Avropa İttifaqının Regionlar Komitəsində “Women in Art for Peace” (“Qadınlar sülh naminə incəsənətdə”) adlı beynəlxalq sərgi keçirilib. Tədbir qadınların sülh quruculuğu və sülhün qorunmasında iştirakının vacibliyinə dair məlumatlılıq səviyyəsinin yüksəldilməsi məqsədilə təşkil edilib.
Sərgidə ölkəmizi rəssam Cəmilə Səttar (Djemma Sattar) “Sükut” adlı rəsm əsəri ilə təmsil edib. Azərbaycanlı rəssamın əsəri maraqla qarşılanıb.