Aprelin 1-də Rusiya Federasiyası Başqırdıstan Dövlət Opera və Balet Teatrında görkəmli bəstəkar, Azərbaycanın və SSRİ-nin Xalq artisti Arif Məlikovun “Məhəbbət əfsanəsi” baleti nümayiş etdiriləcək.
   Tamaşanın quruluşçu dirijoru Başqırdıstanın Əməkdar incəsənət xadimi German Kimdir. “Məhəbbət əfsanəsi” baletinin premyerası 1961-ci il martın 23-də Leninqrad Opera və Balet Teatrında (indiki Sankt-Peterburq Dövlət Akademik Mariinsk Teatrı) olub. Əsər Başqırdıstan Opera və Balet Teatrında ilk dəfə 2016-cı il oktyabrın 29-da nümayiş etdirilib.