Prezident yanında Bilik Fondu, Binəqədi Rayon İcra Hakimiyyəti və Quba Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə martın 28-də gənclərin Quba Soyqırımı Memorial Kompleksinə ziyarəti təşkil olunub.
Fondun “Tariximizi öyrənək və öyrədək”, "Diplomatlar" klublarının üzvləri, təcrübəçi tələbələr, Binəqədi Rayon İcra Hakimiyyətində təcrübə keçən ASAN könüllülərinin təmsilçiləri və yerli gənclərə memorial kompleks haqqında məlumat verilib.
Sonra kompleksin muzeyində “Azərbaycanlıların soyqırımı: tarix və bu gün” mövzusunda dəyirmi masa keçirilib.
Bilik Fondunun sektor müdiri Hacı Abdullanın “1918-ci il soyqırımı - tariximizin ibrət dərsləri”, AMEA Tarix İnstitutunun dissertantı Rəxşəndə Bayramovanın “Azərbaycan Xalq Cümhuriyyəti dövründə ermənilərin Quba qəzasında törətdikləri soyqırımı” mövzusunda mühazirələri dinlənilib.