Xəbər verdiyimiz kimi, Türkiyədə TÜRKSOY təşkilatı tərəfindən Novruz şənlikləri və “Kastamonu - Türk dünyasının mədəniyyət paytaxtı” ilinin açılış mərasimləri keçirilib.
Tədbirlərdə Mədəniyyət və Turizm Nazirliyinin əməkdaşı Elgün Əliyev, Masallı Regional Mədəniyyət və Turizm İdarəsinin rəisi Lətifə Mövsümova, Masallı rayonunun “Halay” folklor rəqs ansamblı, Naxçıvan Muxtar Respublikasının “Yallı” folklor kollektivi iştirak edib.
Kastamonuda başlayan Novruz şənlikləri Ankara və İstanbul şəhərlərində davam edib. “Halay” ansamblı Ankaranın Çankaya Universitetinin mədəniyyət mərkəzində rəqs nömrələrini təqdim edib.
İstanbulda Bayrampaşa idman salonunda təşkil edilən konsert proqramında “Halay” və “Yallı” qruplarının çıxışları alqışlarla qarşılanıb.
Hazırda Novruz proqramı Balkan ölkələrində davam edir. Aprelin 5-dək keçiriləcək Novruz şənliklərində ölkəmizi aşıq Əli Pənahoğlu təmsil edir.