İyulun 12-dən 15-dək Rusiyanın Yaroslavl şəhərində “Dünyaya işıq” II Beynəlxalq Gənclər Kinofestivalı keçirilib. Bu il festivala 11 ölkədən 211 film təqdim olunub. Müsabiqədə Azərbaycan, Ukrayna, Belarus, Estoniya, Gürcüstan, İsrail, Böyük Britaniya, Almaniya, Polşa, Kipr, həmçinin Rusiyanın müxtəlif regionlarından filmlər yer alıb. 10 nominasiya üzrə keçirilən müsabiqədə ölkəmizi gənc rejissor Fariz Əhmədovun “Mayak” filmi təmsil edib. Ekran əsəri “bədii film” nominasiyasında ikinci yeri qazanıb, “uşaq filmləri” nominasiyasında isə B kateqoriyasının (19-30 yaş) qalibi olub.
   “Bu meydan, bu ekran - 2011” müsabiqəsinin nəticələrinə əsasən Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə ərsəyə gələn “Mayak” filminin ssenari müəllifi Esmira Eyyub, operatoru Nizami Abbas, rəssamı İbrahim Eminov, bəstəkarı Rauf Əliyevdir. Ekran əsərində ata və oğul arasındakı münasibətlərdən bəhs olunur. Ata narkoman oğlunu sağaltmaq məqsədilə onu məcburən kimsəsiz adaya aparır.
   Oğlu isə hər yolla onun yanından baş götürüb qaçmaq, öz istəklərinə görə yaşamaq istəyir. Filmdə atanın oğlu üçün bir növ mayak rolunu oynaması göstərilir.
   
   Reyhan






Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar