Xalq yazıçısı Elçinin “Mahmud və Məryəm” romanı əsasında Azərbaycan və Türkiyə kinematoqrafçılarının istehsal edəcəyi eyniadlı filmin çəkilişlərinə iyulun 20-də Şəkidə start veriləcək.
   
   Filmdə türkiyəli aktyorlarla yanaşı, Azərbaycan sənətçiləri də çəkiləcəklər. Bu münasibətlə Türkiyənin tanınmış kino xadimləri, bir çox seriallardan tanıdığımız aktyorlar Bakıya gəliblər.
   Filmə tanınmış rejissor Mehmet Ada Öztekin (Türkiyədə yayımlanan populyar “Kuzey Güney” serialının rejissoru) quruluş verəcək. Mahmud rolunda “Öyle bir geçər zaman ki...” teleserialında Mete rolunu canlandıran Aras Bulut, Məryəm rolunda qazaxıstanlı Eva Dedova çəkiləcək. Heyətdə Tomris İncer, Mehmet Çevik, Polat Bilgin, Şafak Başkaya, Kristina Krepela, Açelya Özcan, İlker Kızmaz, Mert Öcal, Cemal Hünal da təmsil olunur.
   Ekran əsərində azərbaycanlı aktyorlardan Fəxrəddin Manafov, Məlahət Abbasova, Şamil Süleymanov, Murad Abdullayev, Ramiz Məlikov rol alıblar. Filmin prodüseri Sevda Kayqısızdır. Yeni ekran əsəri Azərbaycanın “Salnamə” və Türkiyənin “24 Karefilms” kinostudiyaları tərəfindən istehsal olunacaq. Çəkilişlər Azərbaycanla yanaşı, Türkiyədə də aparılacaq.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar