Kinolayihənin çəkilişləri başa çatıb
   
   “Bakı, mən səni sevirəm!” çoxseriyalı qısametrajlı filminin çəkilişləri başa çatıb. Layihənin rəhbəri Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevadır.
   
   “Bakı, mən səni sevirəm!” kinolayihəsinin prodüserləri Yeqor Konçalovski, Nadir Maçanov və Aleksey Qolubevdir. Çəkilişləri yaz və yay sessiyalarından ibarət kinolayihəyə hər biri 9 dəqiqədən ibarət olan 10 film daxildir.
   Kinolayihənin mətbuat katibi Şahnaz Abdullayevanın bildirdiyinə görə, bu silsilədən ilk filmi prodüser Yeqor Kançolovski, son ekran əsərini isə digər prodüser - Nadir Maçanov çəkib. Layihənin rejissorları Yeqor Konçalovski (Rusiya), Nadir Maçanov (Azərbaycan), Aleksey Qolubev (Rusiya), Nərgiz Bağırzadə, İlqar Safat, Samir Kərimoğlu, Yavər Rzayev (Azərbaycan), Andrey Razenkov (Rusiya), Aleksander Fodor (İngiltərə), Andre Badalodur (İtaliya).
   Filmlərdə Laləzar Mustafayeva, Sənubər İsgəndərova, Məbud Məhərrəmov, Rasim Balayev, Fərhad İsrafilov, Şamil Süleymanov, Elşən Cəbrayılov, Ayşad Məmmədov, Qurban İsmayılov, Rasim Cəfər, Fuad Osmanov, Bəhram Bağırzadə, həmçinin Hollivuddan Aziya Arcento, İtaliyanın məşhur aktyoru Alessandro Bertaluççi, Türkiyənin tanınmış aktrisası Eyşan Özhim, Rusiya, Belarus, Litva, Böyük Britaniya və Özbəkistandan aktyor və aktrisalar çəkiliblər.
   Filmlərin musiqi prodüseri Rusiyanın məşhur kino musiqisi bəstəkarı Viktor Soloqubdur. Filmlərdə Azərbaycan bəstəkarlarından Siyavuş Kərimi, Vüqar Camalzadənin musiqilərindən də istifadə olunacaq.
   İyulun 12-də “Bakı, mən səni sevirəm!” kinolayihəsinin çəkiliş qrupu Moskvaya yola düşüb. “Mosfilm” kinokonsernində filmin montaj və səsləndirilməsi həyata keçiriləcək.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar