Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbində 1918-ci il azərbaycanlıların soyqırımının 100-cü ildönümü münasibətilə "Qoca türkün bir dərdi var..." adlı anım tədbiri təşkil olunub. Məktəbin müəllimi, musiqişünas Pərvin Səfərlinin təşkilatçısı və aparıcısı olduğu tədbirdə faciənin tarixi, səbəb və nəticələrindən söz açılıb.
Tədbirdə A.Elsəsin "Əsir Azərbaycanım" mahnısı, C.Verdinin "Rekviyem" əsərindən parça, Ş.Əlizamanlının "Nuru Paşa" hərbi-vətənpərvərlik mahnısı, məktəbin şagird və müəllimlərinin ifasında Xalq artisti Süleyman Ələsgərovun saz və orkestr üçün "Aşıqvarı" əsəri və s. musiqilər, Mədəniyyət və İncəsənət Universitetinin tələbəsi Mirsənan Kazımovun ifasında Almas İldırımın "O mənimdir əzəldən" şeiri, "Qara dastan" poemasından parça səsləndirilib.
Məktəbin şagirdləri tərəfindən o dövrün tarixindən bəhs edən səhnəcik təqdim olunub.