İyulun 19-da Azərbaycan Mətbuat Şurasında “Ruhum qarabağlıdır” filminin təqdimatı olub. 
   Xocavənd Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynovun ideya müəllifi olduğu filmin ssenarisi jurnalist-publisist Bəxtiyar Qaracaya məxsusdur. Filmin ideya motivinin əsasını Milli Məclisin deputatı Qənirə Paşayevanın eyniadlı şeirləri təşkil edir.
   Mərasimi Mətbuat Şurasının sədri Əflatun Amaşov açaraq filmin təqdimatının Ağdamın ermənilər tərəfindən işğalının ildönümü ərəfəsində keçirildiyini diqqətə çatdırıb.
   Tədbirdə çıxış edən Xocavənd Rayon İcra Hakimiyyətinin şöbə müdiri Şaiq Aslanov Şuşanın işğalının 20-ci ildönümünə həsr olunmuş filmdə iştirakçıların peşəkar aktyorlar deyil, müharibənin, qaçqın və köçkün həyatının ağrı-acılarını yaşayan xocavəndlilər olduğunu deyib. Filmin orijinallığı ondadır ki, orada bir kimsə danışmır. Amma bütün kadr boyu görünənlərin hər biri faciələrə şahidlik edir. Bu görüntülər tamaşaçıya Vətən torpaqlarının azad edilməsinə hər an hazır olmağı aşılayan mübariz ruhlu çağırışdır.
   Mərasimdə Milli Məclisin deputatı Qənirə Paşayeva çıxış edərək “Ruhum qarabağlıdır” şeirlər silsiləsinin yaranma tarixindən danışıb, ekran əsərinin ərsəyə gəlməsində əməyi olan hər kəsə dərin minnətdarlığını bildirib. Sonra film nümayiş olunub.
   Mərasimdə filmin rus dilində olan versiyasının Rusiyanın müxtəlif vilayətlərində təqdimatı, kütləvi tirajının orta məktəblərdə yayılması ilə bağlı təkliflər səslənib.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar