Polşa rejissoru azərbaycanlı gənc həmkarları ilə məşğələləri Varşavada davam etdirmək niyyətindədir

   Özünün zəngin təcrübəsini gənc kinorejissorlara öyrətmək üçün Bakıya dəvət olunan görkəmli Polşa rejissoru Kşiştof Zanussinin ustad dərsləri başa çatıb. Dərslər iyulun 13-dən 18-dək davam edib.
   
   Qonaq iyulun 16-da mədəniyyət və turizm naziri Əbülfəs Qarayevlə görüşüb. Çox vacib missiya ilə Bakıya səfər etdiyinə görə rejissora təşəkkürünü bildirən nazir gənc kinematoqrafçılarımızın dünya kino mədəniyyətinə yiyələnməsinin əhəmiyyətini vurğulayıb. Azərbaycanda mədəniyyətin, o cümlədən kino sənətinin inkişaf etdirilməsi sahəsində dövlət tərəfindən görülən işlərdən söz açan Əbülfəs Qarayev bunun bariz nümunəsi olaraq, kinonun maddi-texniki bazasının yeniləşdirilməsi, çəkilən filmlərin sayının artması, kadr ehtiyatının cavanlaşdırılması haqqında qonağa ətraflı məlumat verib.
   Nazir polşalı rejissoru bu ilin noyabr ayında Bakıda keçirilməsi nəzərdə tutulan II Beynəlxalq Teatr Forumuna dəvət edib.
   Dəvəti minnətdarlıqla qəbul edən Kşiştof Zanussi keçdiyi ustad dərslərinin gənclərin peşəkarlıq baxımından püxtələşməsinə müsbət təsir göstərəcəyinə ümidvar olduğunu bildirib, məşğələlərin yaxın gələcəkdə Varşavada davam etdirilməsini təklif edib.
   Görüş zamanı teatr məsələlərinə də toxunan qonaq bugünlərdə Akademik Milli Dram Teatrında Xalq yazıçısı Elçinin pyesi əsasında səhnələşdirilən "Şekspir" tamaşasına baxdığını deyib, tamaşanın aktyor heyəti ilə söhbətləri haqqında təəssüratlarını bölüşüb.
   Qeyd edək ki, polşalı rejissorun ölkəmizin aparıcı teatrına marağı təsadüfi deyil. Gələn il Kşiştof Zanussinin Akademik Milli Dram Teatrının səhnəsində özünün "Hübris" pyesinə quruluş verməsi ilə bağlı razılıq əldə olunub.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar