Xalq artisti Fidan Hacıyeva tanınmış bəstəkar, Əməkdar incəsənət xadimi Ədilə Hüseynzadənin (1916-2005) romanslarını silsilə konsert proqramları ilə təqdim edəcək.
Vokalçı bildirib ki, birinci konsert mayın 6-da M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında təşkil ediləcək. İkinci konsert mayın 16-da Londonda “Kings place” zalında olacaq.
Ədilə Hüseynzadə Üzeyir Hacıbəylinin Ağabacı Rzayeva, Şəfiqə Axundova kimi sevimli tələbələrindən idi. Azərbaycan Dövlət Konservatoriyasını bəstəkarlıq ixtisası üzrə bitirmiş ilk azərbaycanlı qadındır. O, uzun illər Bülbül adına Orta ixtisas musiqi məktəbində dərs deyib, gənc istedadların üzə çıxarılmasında əlindən gələni əsirgəməyib.